“Mahir səviyyəsini göstərməkdədir” - Kopiç
“Dinamo”nun baş məşqçisi Jelko Kopiç komandasında millimizin hücumçusu Mahir Emrelin ilk rəsmi qolu haqda danışıb.
Demedia.az-ın xəbərinə görə, Kopiç səfərdə "Riyeka"ya 2:1 hesabı ilə qalib gəldikləri Xorvatiya çempionatının 30-cu tur matçından sonrakı mətbuat konfransında deyib: “Mahir Emreliyə vaxt lazımdır. Lakin o, səviyyəsini indi də göstərməkdədir".
Xorvat mütəxəssisin sözlərinə görə, həm Mahir, həm də bu oyundakı digər qolun müəllifi olan makedoniyalı Ariyan Ademi oyundan-oyuna formaya düşür.
Xatırladaq ki, "Dinamo"nın “Riyeka”ya qalib gəldiyi matçda Emreli 57-ci dəqiqədə oyuna daxil olub, 79-cu dəqiqədə isə komandasının ilk və bərabərlik qolunu vurub. Yekunda isə zaqreblilər 2:1 hesabı ilə qalib gələrək xalını 63-ə yüksəldib. Hazırda “Dinamo” ehtiyatda bir oyunu qalmaqla liderliyinə qoruyur.