Maksim Medvedev "Qarabağ"da 500-cü oyununu keçirib



 18:25 11.04.2022     495

Maksim Medvedev oyun sayında rekordçusu olduğu “Qarabağ” klubunda 500-cü matçını keçirib.

Demedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın XXII turuna təsadüf edib.

Sumqayıtda eyniadlı komanda ilə səfər görüşü (3:0) 33 yaşlı müdafiəçinin 1000-i yarılaması ilə əlamətdar olub. Medvedev bu matçlarda üst-üstə 17 qol vurub.

Təcrübəli oyunçu Premyer Liqada 340 (12 qol), avrokuboklarda 114 (3 qol), ölkə kubokunda 46 (2 qol) matça çıxıb.

Qeyd edək ki, karyerası ərzində yalnız "Qarabağ"da çıxış etmiş müdafiəçi yetirməsi olduğu klubun əsas komandasında 2006-cı ildə debüt edib.