Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırdı



 02:10 15.03.2024     505

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

Demedia.az-ın məlumatına görə, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.

Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.

***

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesabı bərabərləşdirib - 2:2

90+3-cü dəqiqədə Patrik Şik fərqlənib.

***

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqi azaldıb.

72-ci dəqiqədə Ceremi Frimponq fərqlənib.

Hazırda Azərbaycan çempionu 2:1 hesabı ilə öndədir.

***

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci qolu vurub.

67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

***

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda azlıqda qalıb.

Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azərbaycan çempionu hazırda hesabda öndədir - 1:0.

***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb.

Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

**

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.