Andrey Lunyov: Karyeramın ən dramatik matçı "Bayer 04"ə qarşı oldu



 21:56 17.03.2024     229

Karyeramda bundan dramatik oyunlar olmayıb. Heç bir matç buna çatmaz.

Demedia.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" komandasına qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.

Sergey Tırtışnının yutub kanalına açıqlama verən 27 yaşlı qolkiper bu cür məğlubiyyətin məyusedici olduğunu söyləyib: "Hər iki görüşdə 2:0 öndə olduq və üstünlüyü əldən verdik. Artıq özümüzə gəlməliyik. Bu, keçmişdə qalıb. Təhlil etmək, qollara səbəb olan epizodları incələmək lazımdır".

Qeyd edək ki, iki qarşılaşmanın cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” Avropa Liqasının 1/4 finalına yüksəlib.