Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu - SİYAHI



 12:33 20.03.2024     137

Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçular açıqlanıb.

Bununla bağlı Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) məlumat yayıb.

Bildirilib ki, çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.

Siyahının ilk dörd pilləsində “Qarabağ”ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.

Premyer Liqanın ən dəyərli futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib:

1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro

2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon avro

3. Juninyo (“Qarabağ”) – 2,2 milyon avro

4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon avro

5. Kahim Parris (“Sabah”) – 1,3 milyon avro

6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon avro

7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon avro

8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min avro

9-10. Salifu Suma (“Zirə”) – 800 min avro

9-10. Julio Romao (“Qarabağ”) – 800 min avro.