"Real"ın futbolçusu yenə əməliyyat olundu



 15:45 20.03.2024     198

"Real"ın qapıçısı Tibo Kurtua sağ dizindəki daxili menisk yırtıldığı üçün əməliyyat olunub.

Demedia.az  xəbər verir ki, məşq zamanı zədələnən qolkiperin əməliyyatı uğurlu keçib. 31 yaşlı belçikalı yaxın günlərdə sağalmağa başlayacaq.

Mətbuatda yayılan xəbərlərə görə, Kurtuanın sağalması təxminən iki ay çəkəcək.

Qeyd edək ki, avqust ayında Kurtua dizinin çarpaz bağını cırdğı üçün də əməliyyat olunub.