"Fənərbağça"nın azarkeşi döyən futbolçusuna AĞIR CƏZA



 23:30 20.03.2024     197

Martın 17-də baş tutmuş "Trabzonspor" - "Fənərbağça" (2:3) oyununda meydana daxil olan azarkeşi döyən Brayt-Osayi Samuelin cəzası bəlli olub.

Demedia.az xəbər verir ki, Nigeriya mətbuatı milli futbolçunun ağır cəzalandırılacağı barədə xəbər yayıb. Belə ki, 26 yaşlı oyunçunun 5-10 matç arası yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Həmin oyundan sonra əlində künc bayrağı ilə "Fənərbağça" azarkeşlərinə hücum edən "Trabzonspor" azarkeşi Samuel tərəfindən döyülmüşdü. Azarkeşin əlində bıçağın olduğu da qeyd olunur.

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbağça" oyununda polis tərəfindən saxlanılan 13 azarkeşdən 5-i barədə həbs qətimkan tədbiri seçilib.