Həmin azarkeşlərdən ikisi həbs edildi



 11:29 21.03.2024     190

Türkiyədə qalmaqallı "Trabzonspor"- "Fənərbaxça" oyunundan sonra 2 nəfər həbs edilib.

Demedia.az DHA-ya istinadən xəbər verir ki, həbs edilən 2 nəfər meydana daxil olan maskalı Hasan Çetinkaya və künc dirəyi ilə futbolçulara hücum edən Engin Taşkındır.

Bildirilib ki, hər iki azarkeş məhkəmə qarşısına çıxarıldıqdan sonra həbsxanaya göndərilib.

Polis bölməsinə aparılan digər 10 azarkeş haqqında isə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunda "Trabzonspor" - "Fənərbaxça" oyunundan (2:3) sonra meydan sahibinin azarkeşləri İstanbul təmsilçisinin futbolçularına hücum çəkmişdi