Ulduz futbolçu cəzasını vətənində çəkəcək: 9 il həbs



 13:00 21.03.2024     192

"Real"ın keçmiş futbolçusu Robinyo zorlamaya görə həbs cəzasını Braziliyada çəkəcək.

Demedia.az  xəbər verir ki, bu barədə "CNN Braziliya" məlumat yayıb.

Mənbənin sözlərinə görə, yerli Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs verib. Qeyd olunur ki, xarici hökmün ratifikasiyası haqqında vəsatət bütün hüquqi və prosessual tələblərə cavab verib. İtaliyanın cəzasının təsdiqlənməsi tələbi Braziliyanın xaricdə cəza çəkmək üçün öz vətəndaşlarını ekstradisiya etmədiyi üçün edilib.

Robinyo qərardan məhkəmənin özündə və Federal Ali Məhkəmədə şikayət verə bilər.

Xatırladaq ki, Robinyo 2017-ci ildə "Milan"da oynadığı 2013-cü ildə gecə klubunda qrup şəklində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi.