“Qarabağ”ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb.
Demedia.az-ın məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və “Qarabağ”a yönəltdiyini bildirib.
“Hələlik diqqətimi millinin qarşıdakı oyunlarına cəmləmişəm. Ardından kluba qayıdacağam, orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq”, - deyə Lunyov söyləyib.
Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.