İkardi "Qalatasaray"dan gedir?



 20:30 30.03.2024     167

"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Demedia.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb. Ulduz futbolçunun xidmətində çempionatın lideri olan "Əl-Hilal" maraqlıdır.

"Əl-Hilal"ın baş məşqçisi Jorje Jesus argentinalı forvardı komandasında görmək istəyir. İstanbul təmsilçisi futbolçusunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 23 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.