“Spartak” növbəti dəfə “Neftçi” ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacaq
“Rusiyanın “Spartak” klubu növbəti dəfə “Neftçi” ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacaq”.
Bu barədə Moskva təmsilçisinin baş direktoru Oleq Malışev “Matç TV”yə açıqlamasında bildirib.
“Gələcəkdə “Neftçi” ilə yoldaşlıq matçı təşkil etməyə çalışacağıq. Nə vaxt olacağı bəlli deyil. Amma biz qarşı tərəflə əlaqə saxlayırıq”, - deyə klub rəsmisi vurğulayıb.
Qeyd edək ki, “Spartak”ın martın 23-də Bakıda “Neftçi” ilə yoldaşlıq görüşü Rusiyadakı terror aktına görə təxirə salınmışdı. Komandalar 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyununda üz-üzə gəliblər. Qarşılaşma “Spartak”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.