"Mbappe "Real"a gəlsə, mən ehtiyatda qalacam?"



 10:40 01.04.2024     160

"Real"ın hücumçusu Rodriqo PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid klubuna mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Demedia.az  xəbər verir ki, 22 yaşlı vinger fransalı ulduzun gəlişi ilə ehtiyat oyunçuya çevriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib:

“Siz jurnalistlərin dediklərinə görə, bu hadisə reallaşmaq üzrədir. Mən sizə güvənirəm, uşaqlar!

Amma nə baş verdiyini bilmirəm. Mbappe gəlsə, məni ehtiyat oyunçular skamyasına keçirəcəklər? Bu, məşqçi Karlo Ançelotti üçün xoş başağrısı olacaq. Mən yalnız "Real"ın uğurlarına köklənmişəm. Bu barədə fikirləşmirəm".

Qeyd edək ki, Mbappenin parislilərlə müqaviləsi bu mövsümün sonunda başa çatır. Onun yayda Madrid klubuna keçəcəyi bildirilir.