Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi yarımfinala yüksəlib



 14:12 07.04.2024     258

Azərbaycanın daha bir sərbəst güləşçisi Georgi Meşvildişvili Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

Demedia.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/4 finaldan qoşulub.

O, İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Meşvildişvili yarımfinala yüksəlib. O, bu raundda bolqarıstanlı Alen Xubulovla görüşəcək.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinala adlayıb.