Superliqa: “Fənərbağça” səfərdə üç xala sevinib



 13:25 15.04.2024     307

Türkiyə Superliqasında 32-ci turun növbəti oyunları keçirilib.

Demedia.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "Pendikspor"a 3:2, "İstanbulspor" "Hatayspor"a 3:0 və "Rizəspor" "Antalyaspor"a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu nəticədən sonra "Fənərbağça" 85 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Qalatasaray" 84 xalla ikinci, 52 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.