11 illik həsrət bitdi
Dortmund "Borussiya"sı növbəti dəfə Çempionlar Liqasının yarımfinalında oynayacaq.
Demedia.az xəbər verir ki, Almaniya təmsilçisi 2013-cü ildən sonra ilk dəfə turnirin bu mərhələsinə adlayıb.
Həmin vaxt "Borussiya" 1/4 finalda "Malaqa"nı, daha sonra isə "Real"ı məğlub edib. Finalda isə Dortmund təmsilçisi "Bayern"ə uduzub (1:2).
Bu mövsüm "arılar" 1/4 finalda "Atletiko Madrid"i üstələyib (5:4). "Borussiya" yarımfinalda PSJ ilə qarşılaşacaq.