"Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək



 09:54 20.04.2024     400

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

Demedia.az-ın məlumatına görə, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel

16:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.