“Ronaldo Messinin səviyyəsində deyil”



 16:25 24.04.2024     237

İtaliyalı məşhur məşqçi Fabio Kapello Messi və Kriştiano Ronaldo haqda danışıb.

Demedia.az xəbər verir ki, “Barselona”nın gənc futbolçusu Lamine Yamal haqqında da fikirlərini bildirən 77 yaşlı mütəxəssis, onun yaxşı oyunçu olduğunu, amma futbol dahisi ola bilməyəcəyini deyib:

“Lamine Yamal yaxşı oyunçudur. Amma dahi səviyyəsinə çata biləcəyini düşünmürəm. Futbolun dahiləri Pele, Maradona və Messidir. Kriştiano Ronaldo möhtəşəm futbolçudur. Çoxlu kuboklar və “Qızıl Top”lar qazanıb. Amma Messinin səviyyəsində deyil”.