"Barselona" iki futbolçu ilə bağlı qərar verib



 16:18 28.04.2024     300

İspaniyanın “Barselona” klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliksin taleyinə aydınlıq gəlib.

Demedia.az xəbər verir ki, “Barsa” rəhbərliyi Kanselunun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəlində müqavilə bağlamaq üçün “Mançester Siti”yə təklif göndərəcək.

Feliksin isə Kataloniya təmsilçisindən göndərilməsi gündəmdədir. Müqavilə ilə “Atletiko”ya (Madrid) məxsus olan yarımmüdafiəçinin öz klubuna qaytarılması gözlənilir.

Qeyd edək ki, “Barselona” baş məşqçisi Xavi ilə müqaviləni uzadacaq. O, yeni mövsüm üçün iddialı heyət formalaşdırmağı planlaşdırır.