Türkiyə Futbol Federasiyası çempionat oyunu ilə bağlı araşdırmaya başlayıb



 09:07 30.04.2024     297

Türkiyə Futbol Federasiyası TFF 2-ci Liqada keçirilən "Ankaraspor" - "Nazilli Bələdiyəspor" matçı ilə bağlı araşdırmaya başlayıb.

Demedia.az xəbər verir ki, qarşılaşmanın danışılmış oyun olmaq ehtimalı olduğu üçün bu addım atılıb.

Sözügedən görüşdə qapılara zərbə vurulmayıb. Görüş qolsuz başa çatıb. "Ankaraspor" 1-ci Liqada iştirak üçün pley-offa vəsiqə qazanıb, qonaqlar isə çempionatda yerini təmin edib. Bu nəticədən sonra "Zonquldak Kömürspor" aşağı liqaya düşüb.