VAR sistemində YENİLİK



 12:40 03.05.2024     293

İngiltərə Premyer Liqasının oyunlarında VAR sisteminə yenilik əlavə olunacaq.

Demedia.az xəbər verir ki, matçın hakimlərinin mübahisəli epizodla bağlı müzakirələri stadionda hər kəs tərəfindən eşidiləcək.

İngiltərə Futbol Assosiasiyasının Hakimlər Komitəsinin sədri Hovard Uebb xəbəri təsdiqləyib. O, referilərin VAR monitorlarına yaxınlaşdıqdan sonra müzakirələrin səsgücləndiricilər vasitəsi ilə stadionda eşidiləcəyini bildirib.

Qeyd edək ki, VAR sistemi 2018-ci ildən etibarən futbol matçlarında tədbiq olunur.