"Fənərbağça"nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər
"Fənərbağça" klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür.
Məlumata görə, Aleks De Souza "Antalyaspor" klubunun baş məşqçisi vəzifəsinə gətirilə bilər.
Sergen Yalçının "Beşiktaş"a keçmə ehtimalını düşünən "Antalyaspor" rəsmiləri Aleks De Souza ilə danışıqlara başlayıblar. Braziliyalı keçmiş futbolçu Türkiyə klubunu çalışdırmaqla bağlı danışıqlara müsbət cavab verib.
Qeyd edək ki, Türkiyə mediasında yayılan xəbərləri "Antalyaspor" klubunun prezidenti Sinan Boztepe təsdiqləyib.