Azərbaycan çempionatı: "Kür" və "Bakı" növbəti qələbələrini qazanıblar
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2024/05/photo_26668.jpg)
Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib.
Demedia.az-ın məlumatına görə, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə gəlib.
Qarşılaşma "Kür"ün qələbəsi ilə bitib - 31:22. Bu qələbə ilə xal ehtiyatını 28-ə çatdıran Mingəçevir təmsilçisi çempionluq yolunda daha bir inamlı addım atıb.
Daha bir maraqlı qarşılaşma “Bakı” və “Qarabağ” komandaları arasında baş tutub. Oyun paytaxt klubunun qəlibiyyəti ilə bitib - 30:23.
Hesabına 26-cı xalı yazdıran “Bakı” çempionluq uğrunda mübarizəni davam etdirir.