“Çelsi” Frenk Lempardı istefaya göndərdi
İngiltərənin "Çelsi" klubu baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.
Nexeber.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı London klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, klub yeni baş məşqçi təyin olunanadək heç bir açıqlama verməyəcək.
Bundan başqa, "Sports" portalı xəbər verib ki, İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi Tomas Tüxel olacaq.
PSJ-nin sabiq çalışdırıcısının "Çelsi"yə dəvət olunması fikrini klubun sahibi, milyonçu Roman Abramoviç irəli sürüb.
Qeyd edək ki, bir neçə gün öncə London klubu İngiltərə kubokunda "Luton"a qalib gələrək 1/8 mərhələsinə çıxıb.
Premyer Liqada isə klubun işləri heç də yaxşı getmir. "Çelsi" 19 turdan sonra 29 xalla 9-cu yerdədir. Son 5 oyunda kollektiv cəmi bir qələbə qazanıb.
Tüxelə gəlincə, o, iki il yarım PSJ-nin baş məşqçisi olub. Bu müddət ərzində komanda iki ölkə çempionluğu yaşayıb. Ötən il isə Çempionlar Liqasının finalına çıxaraq, "Bavariya"ya 0:1 hesabı ilə məğlub olub.