Luka Modriç mövsümün sonunda "Real"dan ayrılacaq



 09:54 12.05.2024     258

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Luka Modriç cari mövsümün sonunda komandadan ayrılacaq.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını hansı klubda davam etdirəcəyi barədə qərar verməyib.

Onun gedişindən sonra 10 nömrəli formanın Kilian Mbappeyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, L.Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu illər ərzində 4 dəfə İspaniya, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.