Voleybol üzrə Yüksək Liqada növbəti turun proqramı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyasından Demedia.az-a verilən məlumata görə, XIX turun görüşləri aprelin 18-də baş tutacaq.
Günün ilk qarşılaşması saat 15:00-da “Sərhədçi” və “Murov” komandaları arasında olacaq. Bu matçdan 2 saat sonra “Neftçi” - “Ekspress” oyununa start veriləcək.
Hər iki oyun “Murov” Voleybol Klubunun idman zalın təşkil olunacaq.