Ramil Şeydayevin baş məşqçisi istefaya göndərildi
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.
Demedia.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti xəbər yayıb.
Gürselin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib.
Qeyd edək ki, "Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.
Əlavə edək ki, M.Gürsel bu il fevralın 20-də "Kocaelispor"a baş məşqçi təyin edilmişdi.