Mahir Emreli Xorvatiya çempionatında rəmzi komandaya düşüb
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xovatiya I Liqasında XXXI turun rəmzi komandasına seçilib.
Demedia.az-ın məlumatına görə, 25 yaşlı hücumçunun evdə "İstra"ya qarşı keçirilmiş matçdakı (3:0) çıxışı 7,7 xalla qiymətləndirilib.
Onunla yanaşı, komanda yoldaşı Mislav Orşiç də ən yaxşı "11-liy"ə düşüb.
Qeyd edək ki, Mahir Emreli "İstra" ilə görüşün 50-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atıb.