Peres "Real"ın ulduzlarının əhvalını pozmamaq üçün belə qərar veribmiş



 13:15 15.05.2024     228

Kilian Mbappenin "Real Madrid"də alacağı məvacib açıqlanıb.

Demedia.az xəbər verir ki, futbolçu mövsümə 15 milyon avro qazanacaq. Bununla belə, Mbappe müqaviləni imzalamaq üçün əhəmiyyətli məbləğdə bonus alacaq. “Sky Sports”un məlumatına görə, bu məbləğ Mbappenin PSJ-də qazandığı məvacibdən az olsa da, hücumçunun "Real"dan alacağı imza bonusu onun gəlirini artıracaq. Bildirilir ki, "Real" klubdakı maaş balansını və ab-havanı pozmamaq üçün Mbappeyə az maaş vermək qərarına gəlib. Maaşın az olmasının əvəzi bonusla qarşılanacaq. Bonusun 100 milyon avro olacağı irəli sürülür. Mbappenin transferin mövsüm bitəndən sonra açıqlanacağı deyilir.