Şahzadə göstəriş verdi: Matçları bu vaxta salmayın!



 18:30 17.05.2024     178

Dünyanın bir sıra məşhur futbolçularının çıxış etdiyi Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd İbn Salman çempionatla bağlı göstəriş verib. O, idman nazirinə matçların namaz vaxtlarına təsadüf etməməsini tapşırıb.

Demedia.az-xəbər verir ki, Səudiyyə Ərəbistanında oynanılan bəzi matçların namaz vaxtlarına təsadüf etməsindən sonra vəliəhd şahzadə hərəkətə keçib. "Rafad"ın xəbərinə görə, İbn Salman idman nazirinə qarşılaşmaları təyin edərkən namaz vaxtlarını nəzərə almağı tapşırıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bu pozuntunun təkrarlanmaması üçün şiddətlə xəbərdarlıq edərək, namaz vaxtlarında matçların oynanmasının qəbuledilməz olduğunu vurğulayıb.