Premyer Liqa mövsümün ən yaxşı oyunçusunu açıqladı



 17:20 18.05.2024     212

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden 2023/24 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Demedia.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu səsvermədə komanda yoldaşı Erlinq Haalandı, həmçinin Aleksandr Isak (Nyukasl), Martin Odeqaard, Declan Race (hər ikisi Arsenal), Kol Palmer (Çelsi), Vircil van Dayk (Liverpool) və Ollye Uatkins (Aston Villa) kimi futbolçuları qabaqlayıb.

Bu mövsüm Foden Premyer Liqada 34 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.