"Fənərbağça"dan ayrılacağı gözlənilən futbolçunun maaşı artırıldı



 18:33 18.05.2024     197

"Fənərbağça" klubu ilə yollarının ayrılacağı gözlənin Osai Samuelin maaşı artırılıb.

Məlumata görə, "sarı-lacivərdlər" təcrübəli futbolçu ilə müqavilə müddətini 2026-cı ilədək uzadıblar.

Osai Samuel "Fənərbağça" klubunda əvvəllər ilinə 600 min avro maaş alırdısa, bundan sonra 1 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Osai Samuel bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 37 matçda üç qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.