Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
İngiltərə Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulub.
Demedia.az xəbər verir ki, doğma meydanda "Vest Hem"ə 3:1 hesabı ilə qalib gələn "Mançester Siti" (91 xal) ən yaxın izləyicisi "Arsenal"ı (89 xal) qabaqlayaraq çempionluğunu bayram edib. "Topçular" doğma meydanda "Everton"a 2:1 hesabı ilə qalib gəlsələr də, yekunda bu qələbə çempionluq üçün kifayət etməyib.
Günün digər oyunlarında "Mançester Yunayted" "Brayton"u, "Liverpul" "Vulverhempton"u 2:0, "Çelsi" isə "Bornemut"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 9-cu qələbəsinə sevinib. "Arsenal" isə sonuncu dəfə 2003/04 mövsümündə çempion olmuşdu.