Baş məşqçi Ranyeri karyerasını bitirib
İtaliyalı futbol məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Demedia.az xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Canluka Di Martsio bildirib.
72 yaşlı Renyerinin karyerasında sonuncu klubu onun 2023-cü ildən rəhbərlik etdiyi İtaliyanın “Kalyari”si olub. 2023/24 mövsümündə Ranyerinin rəhbərliyi altında “Kalyari” İtaliya A Seriyasında 15-ci yeri tutub.
Məşqçilik karyerası ərzində Ranyeri “Lester”ə rəhbərlik edərkən (2015/2016 mövsümü) İngiltərə çempionu olub. 1995/1996 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Superkubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Superkubokunu (2004) qazanıb.