Finalda het-trik etdi, adını tarixə yazdı
Avropa Liqasının "Bayer" ilə final matçına damğasını vuran "Atalanta"nın futbolçusu Ademola Lukman tarixə düşüb.
Demedia.az xəbər verir ki, İtaliya təmsilçisinin 3 cavabsız qolla qalib gəldiyi matçda hər üç qolu o vurub. Bununla nigeriyalı forvard 49 ildən sonra Avropa Liqasının (əvvəlki adı UEFA Kuboku) finalında het-trik edən ilk oyunçu olub.
Sonuncu dəfə 1975-ci ildə UEFA Kubokunun finalının cavab oyununda Yupp Haynkes "Borussiya Mönhenqladbax"ın heyətində "Tvente"yə qarşı görüşdə üç dəfə fərqlənməyi bacarmışdı.
Aysun / Demedia.az