Zidan yenə baba oldu
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan ikinci dəfə baba olub.
Demedia.az xəbər verir ki, 52 yaşlı əfsanənin böyük oğlu Enzonun əkiz qızları - Culiya və Kayan dünyaya gəlib. Bu barədə 29 yaşlı futbolçu sosial şəbəkədə məlumat verib.
Karen Qonçalves ilə evli olan Enzonun 2022-ci il təvəllüdlü Sia adlı qızı da var.