PSJ Fransa, “Bayer” Almaniya Kubokunu qazanıb



 16:16 26.05.2024     330

PSJ “Lion"u məğlub edərək Fransa Kubokunu qazanıb.

Demedia.az xəbər verir ki, Villnyov-d Ask şəhərindəki "Pyer-Morua" stadionunda keçirilən görüş Luis Enrikenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Paris klubu hesabı 22-ci dəqiqədə açıb, Nuna Mendeşin ötürmə etdiyi Usman Dembele fərqlənib. Qarşılaşmada həmçinin 12 dəqiqə sonra Fabian Ruis, rəqib komandadan isə Ceyk O Brayen fərqləniblər.

Qeyd edək ki, "PSJ" nin hücumçusu Kilian Mbappe 2023/24-cü illər mövsümünü başa vurduqdan sonra Paris komandasını tərk edəcək.

PSJ Fransa çempionatını da qazandı. 34 turda Paris komandası rəqiblərinə titul şansı vermədən 76 xal toplayıb. Komandanı ən yaxın təqibçisi "Monako"dan 9 xal ayırır.

Bundan əvvəl isə “Bayer” finalda “Kayzerslautern”i məğlub edərək Almaniya Kubokunun qalibi olub.

Qarşılaşma “Olimpiya" stadionunda (Berlin) baş tutub. “Bayer” minimal 1:0 hesabı ilə qalib gələrək Almaniya Kubokunun sahibi olub.

16-cı dəqiqədə “Bayer”in yarımmüdafiəçisi Qranit Xaka dəqiq zərbə ilə qola imza atıb.

“Bayer” üçün bu, klub tarixində ikinci ölkə Kubokudur. Klub kuboku bundan əvvəl 1992/1993-cü illər mövsümündə qazanmışdı.

Cari mövsüm Almaniya çempionu olan “Bayer” Avropa Liqasının finalına yüksəlib və burada İtaliya “Atalanta”sına 0:3 hesabı ilə uduzub.