Sabiq çempiondan Usikə tövsiyə: karyeranı bitir



 09:00 28.05.2024     201

Super orta çəkidə keçmiş dünya çempionu, britaniyalı Corc Qrovuz Aleksandr Usik haqqında danışıb.

Demedia.az  xəbər verir ki, Qrovuz ukraynalı boksçunun kiməsə nəyisə sübut etməsinə ehtiyac qalmayıb.

“Usik ya Fyuri ilə revanş matçı keçirəcək, ya da təqaüdə çıxacaq. Aleksandrın sübut edəcək heç nəsi qalmayıb, çünki o, Coşuanı iki dəfə məğlub edib, indi Fyurini məğlub etdi.

İnanıram ki, Usık öz nəslinin ən böyük boksçusudur. O, dəstənin lideridir.

Düşünürəm ki, o, karyerasını bitirməlidir, çünki hər şeyi etdi – çoxlu pul qazandı. Aleksandr ağır çəkidə mütləq çempiondur, onun 37 yaşı var, 40-a yaxınlaşır”, – Qrovuz bildirib.

Mayın 19-na keçən gecə ukraynalı boksçu Aleksandr Usik (22-0, 14 KO) britaniyalı Tayson Fyuri (34-1-1, 24 KO) ilə döyüşdə hakimlərin yekdil olmayan qərarı ilə qalib gələrək ağır çəkidə mütləq dünya çempionu adını qazanıb.