La Liqada mövsümün ən yaxşı məşqçisi seçildi
"Jirona"nın baş məşqçisi Miçel Sançes La Liqada 2023/24 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Demedia.az xəbər verir k, mükafat uğrunda mübarizədə 48 yaşlı mütəxəssis Karlo Ançelotti ("Real" Madrid), Dieqo Simeone ("Atletiko" Madrid), Ernesto Valverde ("Atletik" Bilbao) və Marselino Toralı ("Vilyarreal") qabaqlayıb.
Ötən mövsüm "Jirona" İspaniya çempionatının cədvəlində 3-cü yeri tutub və klub tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.
Miçel Sançez 2021-ci ilin yayından "Jirona"nı çalışdırır.. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.