"Olimpiakos" UEFA Konfrans Liqasının qalibi olub



 09:43 30.05.2024     206

UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.

Demedia.az xəbər verir ki, Yunanıstanın "Olimpiakos" və İtaliya təmsilçisi "Fiorentina" klublarının üz-üzə gəldiyi final matçında birincilər minimalhesablı qələbə qazanıb.

Afinadakı "AEK Arena"da baş tutan matçın əsas vaxtı 0:0 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan El Kaabi "Olimpiakos"un qələbəsini təmin edib.

Qeyd edək ki, "qırmızı-ağlar" tarixində ilk dəfə avrokubokların finalında oynayıb.