Ançelotti qələbəni şərh etdi



 13:15 02.06.2024     302

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının qalibi olmasını şərh edib.

Demedia.az Qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi ötən gecə həlledici oyunda 74 və 83-cü dəqiqələrdə vurduğu qollarla Dortmund “Borussiya”sına qalib gəlib. Bununla da "Real" tarixində 15-ci dəfə ÇL-i qazanıb.

Ançelotti isə buna görə çox xoşbəxt olduğunu dilə gətirib: "Bu, yuxu kimi görünür, amma reallıqdır. Əlbəttə ki, mən çox xoşbəxtəm. Həqiqətən çətin oyun oldu. ,Birinci hissədə rəqib daha yaxşı oynadı. İkinci hissədə isə biz vəziyyəti ələ aldıq. Final həmişə belə olur. Əsas odur ki, biz qalib gələ bildik. Fantastik mövsüm keçirdik və biz çox şadıq ki, yenidən kuboku qazana bildik”.

Mütəxəssis oyunun fasiləsində futbolçulara qışqıraraq motivasiya vermədiyini deyib: “Fasilədə yüksək səslə qışqırmağa ehtiyacım yox idi. Amma bəzi şeyəri danışmalı idim. İlk hissədə biz çoxlu top itirirdik. İkinci hissədə taktikamızı bir az da qaydaya saldıq. Meydanda rəqibdən daha yaxşı olduq. Xoşbəxtlikdən, etdiyimiz dəyişikliklər sonda işə yaradı”.

Qeyd edək ki, Karlo Anççelotti karyerası ərzində 5-ci dəfə ÇL-i qazanıb (daha əvvəl "Milan"la 2002/03 və 2006/07 mövsümlərində, "Real"la (2013/2014 və 2021/22 mövsümlərində).