"Mançester Siti" Premyer Liqa rəhbərliyini məhkəməyə verdi
İngiltərənin "Mançester Siti" futbol klubu Premyer Liqanın rəhbərliyini əlaqəli tərəflərlə alqı-satqı məsələlərində ayrı-seçkilikdə ittiham edərək məhkəməyə verib.
Premyer Liqa rəhbərliyi klublara komanda sahibləri ilə əlaqəli şirkətlərlə sövdələşmələr bağlamağı qadağan edib. "Mançester Siti" isə bunu Körfəz ölkələrindən olan sahiblərə qarşı ayrı-seçkilik adlandırıb.
Qeyd edək ki, fevral ayında "Mançester Siti" 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər yol verilən 100-dən çox maliyyə pozuntusunda ittiham olunub. Klub günahkar bilinərsə, onu xalların silinməsi, liqadan qovulması və titulların itirilməsi də daxil olmaqla bir sıra cəzalar gözləyir.