Mbappe ən yaxşı 100 hücumçu arasında ilk pillədə yer alıb



 13:14 05.06.2024     254

İspaniyanın "Real" klubunun yeni transferi Kilian Mbappe ən yaxşı 100 hücumçu arasında ilk pillədə yer alıb.

Demedia.az xəbər verir ki, ESPN 100 ən yaxşı hücumçunun siyahısını dərc edib.

Siyahıda ilk "3-lük"də müvafiq olaraq Kilian Mbappe, Harri Keyn və Erlinq Holann qərarlaşıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 15-ci, ABŞ-nin “İnter Mayami” komandasının superulduzu Lionel Messi isə 7-ci yerdədir. İlk "20-liy"i İtaliyanın “Napoli” klubunda çıxış edən gürcü Xviça Kvaratsxeliya tamamlayıb.

ESPN-ə görə ilk "10-luq" aşağıdakı kimidir:

1. Kilian Mbappe (“Real", İspaniya)
2. Harri Keyn (“Bavariya”, Almaniya)
3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)
4. Vinisius Junior ("Real", İspaniya)
5. Məhəmməd Salah ("Liverpul", İngiltərə)
6. Antuan Qrizmann (“Atletiko", İspaniya)
7. Lionel Messi (“İnter Mayami”, ABŞ)
8. Fil Foden ("Mançester Siti", İngiltərə)
9. Bukayo Saka ("Arsenal", İngiltərə)
10. Son Hın Min (“Tottenhem”, İngiltərə)