Millimiz Ermənistanı məğlub etdi



 12:46 08.06.2024     264

Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.

Demedia.az xəbər verir ki, açılış matçında Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşıb. Komandamız rəqib üzərində 21:9 hesablı qələbə qazanıb.

"B" qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq.