İtaliya - Albaniya görüşünün ən yaxşı futbolçusu müəyyənləşib



 15:24 16.06.2024     293

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan İtaliya - Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Demedia.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italyanların heyətində Federiko Kyeza qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

26 yaşlı hücumçu görüş ərzində 4 uğurlu driblinq edib və 77 % dəqiq ötürmə ilə yadda qalıb.