Ramos onun yanına gedir?



 22:30 18.06.2024     215

İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Serxio Ramos karyerasını “Əl-Nəsr”də davam etdirə bilər.

Demedia.az  xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Ramosla “Real”da birlikdə oynamış “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo və Səudiyyə klubunun yeni idman direktoru və İspaniya millisinin keçmiş baş məşqçisi Fernando Hyerro 38 yaşlı futbolçunu transferdə razı salmağa çalışırlar.

Qeyd edək ki, Ramos bu ayın sonunda “Sevilya”dan azad agent kimi ayrılacağını açıqlayıb.