Arda Ronaldonu ötməsinə belə reaksiya verdi
Türkiyə millisinin hücumçusu Arda Gülər Avropa Çempionatında debütündə qol vuran ən gənc futbolçu olmasına münasibət bildirib.
Demedia.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan 19 yaşlı futbolçu bu sözləri deyib:
“Məni şəxsi nailiyyətlər maraqlandırmır. Komandama tam sadiqəm və öz töhfəmi verməkdən xoşbəxtəm”.
Qeyd edək ki, Gülər Gürcüstan millisi ilə matçda qol vuraraq portuqaliyalı futbolçu Kriştiano Ronaldoya məxsus rekordu yeniləyib.