Millətlər Kubokunun tarixi açıqlandı: Avropa klublarının istəyi yenə nəzərə alınmadı



 19:30 22.06.2024     162

Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci ildə Mərakeşdə keçiriləcək Millətlər Kubokunun tarixini açıqlayıb.

\Demedia.az xəbər verir ki, turnir 21 dekabr 2025-ci il - 18 yanvar 2026-cı il tarixləri arasında baş tutacaq. Ancaq daha əvvəl yarışın yayda keçirilməsi nəzərdə tutulurdu.

“Əminəm ki, Mərakeşdəki turnir son dərəcə uğurlu olacaq və tarixin ən yaxşısı olacaq. Tarixlərin elanı gözləniləndən xeyli uzun çəkdi, çünki beynəlxalq və yerli oyunların geniş təqvimi fonunda müxtəlif maraqlı tərəflərlə mürəkkəb müzakirələr aparıldı. CAF Avropada, dünyada futbol klublarında oynayan afrikalı oyunçuların maraqlarını qorumağa və təşviq etməyə sadiqdir.

CAF həmçinin ECA, UEFA, FIFA və digər futbol konfederasiyaları ilə qarşılıqlı faydalı əlaqələr qurmağa çalışır. Biz Afrika futbolunun qlobal miqyasda rəqabətədavamlı və dünyanın ən yaxşıları arasında olmasını təmin etməkdə əhəmiyyətli irəliləyiş əldə etməyə davam edəcəyik”, - deyə konfederasiya prezidenti Patris Motsepe bildirib.

Qeyd edək ki, Avropa klubları turnirin iyun-iyul aylarında keçirilməsinin tərəfdarı idi. Buna səbəb mövsümün ortasında çox sayda futbolçuların komandalarından 1 aylıq aralı düşməsi və bunun onlara təsir etməsi idi.