AVRO-2024: Qrup mərhələsində III tur başlayır



 11:27 23.06.2024     449

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində bu gün III tura start veriləcək.

Demedia.az-ın məlumatına görə, ilk olaraq A qrupunda iki qarşılaşma baş tutacaq.

1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrəni sınağa çəkəcək.

Şotlandiya isə Macarıstanla üz-üzə gələcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

23 iyul

AVRO-2024

 

A qrupu

 

23:00. İsveçrə - Almaniya

 

Baş hakim: Daniele Orsato (İtaliya).

Frankfurt, "Valdştadion".

 

23:00. Şotlandiya - Macarıstan

 

Baş hakim: Fakundo Telyo (Argentina).

Ştutqart, "MHP Arena" stadionu.

 

Xal durumu: Almaniya - 6, İsveçrə - 4, Şotlandiya - 1, Macarıstan - 0.

 

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.