Təcavüzə görə cəzalanan idmançılar qərardan şikayət etdilər



 15:00 23.06.2024     212

Cənubi Koreya Konkisürmə Federasiyası (KSU) tərəfindən içki içdiyinə və təcavüzə görə diskvalifikasiya edilmiş milli komandanın konkiserləri cəzaları ilə bağlı apellyasiya şikayəti verib.

Demedia.az  xəbər verir ki, bu barədə “Yonhap News” məlumat yayıb.

Bildirilir ki, onlar Koreya İdman Şurasının komitəsi tərəfindən işə yenidən baxılmasını tələb edəcəklər.

Qeyd edək ki, adları açıqlanmayan hər iki konkisürən millimizin mayın 15-dən 28-dək İtaliyada keçirilən təlim-məşq toplanışı zamanı spirtli içki qəbul edib. İdmançılardan biri gənc fiqurlu konkisürən qadını yataqxanasına dəvət edib və orada onu zorla cinsi əlaqəyə sövq edib. KDU həmin şəxsi 1 il müddətinə diskvalifikasiya etmək qərarına gəlib. İkinci idmançı bu hərəkətdə iştirak etməyib, lakin tərəflərin razılığı olmadan prosesin fotolarını çəkib. O, 1 illik diskvalifikasiya ilə xilas olub. Qızlar yataqxanasında olmamalı olan qurban isə qaydaları pozduğu üçün töhmət alıb.